Taxtüstü –  ağac taxtın üzərinə salmaq üçün toxunan xalçadır. Ölçüsü 300×150 sm olur. Taxt gəbəsi də adlanır. Hər xalça bölgəsinin özünəməxsus rəng və naxışlar aləmi taxtüstünün də bəzəyinə çevrilir, onu daha da cəlbedici etməklə ev sahiblərinin zövqünü oxşayırdı. Taxtüstü qədim dövrlərdən günümüzə qədər gələn, zamanla səsləşən xalça məmulatıdır.