Azərbaycan xalçaçılarını bir araya gətirən 2010-cu ilin yanvar ayında yaradılmış “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva tərəfindən təsis edilən qeyri-hökumət təşkilatıdır.
İctimai Birliyin əsas məqsədi Azərbaycan xalqının milli ənənələri ilə bilavasitə bağlı olan, özünəməxsus qeyri-maddi irsin daşıyıcısı sayılan xalçaçılıq sənətinin yaşadılması, qədimliyi ilə bahəm müasirliyin carçısı olan, milli dəyərlərə söykənən yenilikləri özündə ehtiva edən bu sənətin nəsildən-nəslə keçməsini təşviq etməkdir.
İctimai Birlik “Azərbaycan xalçası” nominasiyasının hazırlanmasında və onun 2010-cu ildə Keniyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsində bilavasitə iştirak etmiş, 2012-ci ildə isə YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində akkreditə olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində “Heydər Əliyev obrazı ilmələrin gözü ilə” adlı tədbirin təşkilində göstərilən təşəbbüsə görə “Azərbaycan Xalçaçıları” İctimai Birliyi “Təşəkkürnamə” ilə təltif edilmişdir. Bir neçə layihələrin müəllifi olmuş İctimai Birlik tərəfindən “Azərbaycan Xovsuz xalçası” haqqında sayt da hazırlanıb.
Vebsaytda istifadə edilimiş bütün materiallar “Azərbaycan Xalçaçıları” İctimai Birliyinə məxsusdur.
ƏDƏBİYYAT SİYAHISI:
- R. Tağıyeva. Azərbaycan Xalçası Məişətdə. Bakı, 2006. 143 səh.
- R. Tagiyeva. De l” Azerbaidjan les tapis. Fondation Haydar Aliyev, 2012. 127 səh.
- Roya Tağıyeva. İRS. Международный Азербайджанский Журнал. № 1(85) 2017. 62 səh.
- Roya Tağıyeva. “Dastarkhan”. Halı. Venice, İtaly until 23j july, 2017. 128 səh.
- R. Tağıyeva. Azerbaijani carpet. Encyclopedia. Bakı, 2017. 625 səh.
SAYTIN YARADILMASI:
Müəllif-təsisçi: Röya Tağıyeva, sənətşünaslıq üzrə elmlər doktoru, professor
İşçi heyəti: Gülşən Hüseynova, Rauf Umudov, Günel Aslanova