Qaşlıq – kiçik xurcundur, xalça məmulatıdır. Yun, pambıq və ipəkdən qayıq, bəzən cecim toxunuşlu olur. Həcminə görə heybədən kiçik toxunur, içinə azuqə yığılır, atın yəhər qaşına keçirilir. Qaşlıq adı da bununla əlaqədardır. Bəzən buna Yəhərqaşı da deyilir.

Qaşlıq. Qarabağ. XX əsrin əvvəli. 29×70 sm.