Pərdə – qapı örtüyüdür. Keçmişdə bu məqsədlə kilim, cecim və s. xovsuz xalçalardan, eləcə də zərbaf və tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərinə pərdə əvəzinə xalçalar asılar, bəzən elə bu xalçalar qapını əvəz edərdi. İşığı yaxşı keçirən iri dəliklər kilimə xüsusi tor effekti verir və nazik ipdən toxunan belə kilimlərdən pərdə kimi daha geniş istifadə olunurdu. Gərdəklik pərdələr də geniş yayılmışdı.
2023-10-01