Dəvələrin bəzədilməsində istifadə olunan məmulatlardan biri də dəvə bəzəyidir. O, dəvənin alnından (qaşqasından) və döş hissəsindən asılan, rəngli qotazlarla bəzədilən toxuculuq məmulatıdır. Dəvə bəzəyi naxışlarına, rənglərinə, qotazlarının formasına və ümumilikdə işlənmə texnikasına görə fərqlənir, özünəməxsus rəng həllinə malikdir. Hər bölgənin təbiəti və xalça naxışları, ev heyvanlarına münasibət bu xalça məmulatlarının özəlliyini bir daha nümayiş etdirirdi.