Corab yun, pambıq və qarışıq xalça iplərindən, həmçinin kecidən toxunan ayaq geyimidir. Gödək və uzunboğaz olur. Qızılgüllü, artma, güzgülü və qıyqac (uzunboğaz) kimi növləri var. Şamaxıda yun coraba “şətəl” deyilirdi. Qarabağda qabarıq naxışlarla toxunmuş corablar artma , naxışları kobud olan yun corablar isə şaxlı corab adlanırdı.

Keçmişdə Azərbaycanın bütün bölgələrində yun, iplik və ya keçidən toxunmuş rəngarəng naxışlı qadın corabları dəbdə olmuşdur. Corabların naxışları çox vaxt hər bir bölgənin xalça və tikmə naxışları ilə oxşarlıq təşkil edirdi.