Sicim – yundan və keçi qəzilindən əyirilmiş iplərdən, habelə kənaf liflərindən hörülən qalın ipdir. Yükü və ya ot tayasını sarıyıb bərkitmək üçün ondan istifadə olunurdu. Keçmişdə müəyyən bir yeri və ya əşyanı bəd ruhlardan qorumaq üçün onun ətrafına dairə şəklində sicim çəkilirdi.