Məfrəş – xovsuz (bəzən xovlu) xalça texnikası ilə toxunan məişət əşyasıdır. Azərbaycanlıların məişətində mühüm yer tutmuşdur. Formaca hündür sandığa bənzəyir. Yorğan-döşək, paltar və s. saxlamaq, həmçinin onları daşımaq üçün istifadə edilirdi. Bəzi bölgələrdə barxana adlanırdı. Ağzı cecimlə örtülür, kənarlarındakı ilgəklərə çatı keçirilməklə çarpaz çəkilib bağlanırdı. Məfrəş adətən cüt toxunurdu. Bəzəklərində həndəsi elementlər, nəbati motivlər, quş və heyvan təsvirləri üstünlük təşkil edirdi.
2023-10-01