Qədim zamanlarda xanımlar qab-qacağı rəflərə yığır, onların alt və ya üst hissəsini bəzəmək üçün xüsusi pərdə toxuyur və buna “ləməqabağı” deyirdilər. Ləməqabağı tundan və pambıqdan hazırlanırdı, yuxarı hissəsi qayıq toxunuşlu, ətəyi isə hörmə torla tamamlanırdı.

