Zaman keçdikcə dəyişməz qalan, minilliklər boyu hər evin rahatlığını nümayiş etdirən, interyerinin ayrılmaz hissəsini təşkil edən xalça məmulatlarından biri də döşəkcədir. Üzü xovlu və xovsuz, xalça toxunuşlu və kiçik ölçülü olan bu döşəklər Azərbaycanın müxtəlif bölgələrində nimdar, diz döşəyi, nalça, dör-döşəyi və s. adlanır.
Döşəkçələr rəng həllina, üzərindəki kompozisiyalarına və naxışlarına görə toxunduğu bölgələrin xalçalarını, təbiətini, adət-ənənələrini əks etdirirdilər. Məişətdə geniş istifadə olunan döşəkçələr xüsusi zövqlə hazırlanırdı. İçərisinə yun və ya pambıq doldurulur və uzaq yol gələn qonaqların rahatlanması üçün dirsəkaltı, xalça-palaz üstünə qoyulurdu.

