Qazax, Borçalı, Göyçə xalçaçılıq mərkəzləri, Qazax, Ağstafa, Salahlı, Kəmərli, Şıxlı, Dəmirçilər və Qaymaqlı və s. xalçaçılıq məntəqələri daxildir. Qazax xalçaları şimal-qərbdən Trialet, Cavaxet və Pambak dağ silsilələrini əhatə edən, şərqdə Qarayazı düzənliyi daxil olmaqla, Tiflisdən cənuba, Sevan gölünə (keçmiş Göyçə) tərəf, Qaraköynək dərəsinə tərəf, Dərələyəz silsiləsinə və Basarkeçər rayonuna tərəf uzanan böyük bir ərazidə toxunurdu. Hazırda müxtəlif dövlətlərə bölünən bu ərazilər cürbəcür tarixi dövrlərdə, fərqli tarixi dəyişikliklər zamanında həm etnik baxımdan, həm də mədəniyyət baxımından yaxınlığı ilə xarakterizə olunurdular. Qazax xalça məktəbi böyük Qazax xalçaçılıq mərkəzindən əlavə, Gürcüstanın şərqindəki (azərbaycanlıların yaşadığı) Borçalı – Qarayazı – Qaraçöp mərkəzlərini, Ermənistanın şimalındakı (yaxın vaxtlara qədər azərbaycanlıların yaşadığı, halhazırda Ermənistan Respublikasının inzibati ərazisi) İcevan, Pambak, həmçinin Göyçə gölünün cənub-şərqindəki isə Qaraköynək, Dərələyəz və Basarkeçər mərkəzlərini də əhatə edir. M.D.İsayev bunları regionun türk (azərbaycanlı) əhalisinin toxuduğu məşhur Göyçə xalçaları adlandırırdı. Bu rayonların azərbaycanlı əhalisi ta qədimdən bəri burada xalça toxumaqla məşğul olurdu. Mənbələrdə qeyd olunduğu kimi, bu xalçalar Qazax, Borçalı və Göyçə xalçaları kimi tanınmışdır. Texniki və bədii xüsusiyyətlərinin vəhdəti ilə xarakterizə olunan bu xalçalar adlarını Qazax şəhərindən – bu zonanın ticarət-sənət mərkəzindən, regionun etno-mədəni cəmiyyətinin böyük rolu nəticəsində yaranan xalça çılığın inkişafını stimullaşdıran iqtisadi özəyindən götürmüşlər. Hələ 7-ci əsrdə ərəb mənbələrində qeyd olunan “Qazax” adının dəyişməməsi 16-cı əsrdən başlayaraq, qazanılmış nisbi dövlət müstəqilliyidir. Qazax məktəbinin ən məşhur xalça kompozisiyaları bunlardır: “Salahlı”, “Şıxlı”, “Kəmərli”, “Dəmirçilər”, “Göyçəli”, “Qaymaqlı” və s. Burada xovsuz xalçalar da toxunurdu. Qazax xalçalarının bədii-texnoloji xüsusiyyətlərinə
orta format, rənglərin intensivliyi, stilizə edilmiş sadə və iri həndəsi elementlərdən istifadə olunması, xalçalara məxmərlik və parlaqlıq verən yunun xüsusi keyfiyyəti daxildir.
2023-10-08