Gəncə, Gədəbəy, Goranboy xalçaçılıq mərkəzlərini və onlara daxil olan xalçaçılıq məntəqələrini (Çaylı, Şad-lı, Çıraqlı, Samux və b.) əhatə edir. Gəncə məktəbinin ən məşhur kompozisiyaları: “Faxralı”, “Gədəbəy”, “Gəncə”, “Samux”, “Çıraqlı” və sairədən ibarətdir. Orta əsrlərdə, xüsusən, 10-11-ci əsrlərdə Gəncədə toxunan ipək xalçalar çox yüksək qiymətləndirilirdi. Gəncə xalçalarının bədii-texnoloji xüsusiyyətlərinə onların parlaq rəng koloriti, iri mücərrədləşmiş və həndəsiləşmiş elementlərə malik olması, məxməri çaları qabayunlu kiçik sıxlığı aiddir.