Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd xalçaçılıq mərkəzləri və onlara daxil olan xalçaçılıq məntəqələri (Qobustan, Şamaxı, Ərciman və s.; Mərəzə, Çuxanlı, Nabur, Cəyirli, Cəmcəmli, Bico, Gəşad, Pirhəsənli və s.; Kürdəmir, Şilyan və s.; Qazıməmməd, Hacıqabul və s.) daxildir. Şirvan məktəbinin ən məşhur xalça kompozisiyaları isə “Şirvan”, “Şamaxı”, “Qabıstan”, “Ərciman”, “Çuxanlı”, “Bico”, “Gəşad”, “Pirhəsənli”, “Sor-sor”, “Qəbələ”, “Kürdəmir” və sairədir. Şirvan məktəbinin xalçaları sıx toxunuşu ilə fərqlənir, sakit və monumental kolorit ritminin dəqiqliklə yerinə yetirildiyi köhnə, qədim kompozisiyalara meyl edir.
2023-10-07