Quba, Şabran, Qonaqkənd xalçaçılıq mərkəzlərini və onlara daxil olan xalçaçılıq məntəqələrini (Quba məntəqəsini, Alpan, Çiçi, Sırt-çiçi, Qımıl, Hacıqayıb və b.; Qaraqaşlı, Şahnəzərli, Pirəbədil, Zeyvə, Bilici, Ləcədi, Mollakamallı, Uqah, Zağlı, Əlixanlı və s.; Orduc, Afurca, Yerfi, Cek, Cimi, Qırız və s.) kənd məntəqələrini özündə birləşdirir. Quba məktəbinin xalçaları gözəl və incə toxunuşu, dekor zərifliyi, ayrıayrılıqda çox da nəzəri cəlb etməyən kolorit cizgilərinin düzülməsindən ibarət olan sıx rəng qamması ilə xarakterizə olunurlar. Xırda həndəsi rəsm formaları stilizə edilmiş nəbati, bəzən isə heyvan motivlərinə əsaslanır. Medalyon kompozisiyaları geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları “Qədim minarə”, “Qımıl”, “Pirəbədil” və sairədir.